File:Azerbaijan Susha Castle.jpg

Original file(1,197 × 749 pixels, file size: 711 KB, MIME type: image/jpeg)

Captions

Captions

Shusha Fortress AZERBAIJAN

Summary

edit
Description
Azərbaycanca: T-2020/12.03, 16.12.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Ə.İsmayılova

Çox hörmətli Əhməd müəllim!

Yeni təşəbbüslərə və Azərbaycanın dövlət maraqlarını ifadə edən layihələrə xüsusi önəm verdiyinizi nəzərə alaraq aşağıdakı təklifimizin-layihəmizin qısa məzmununu diqqətinizə çatdırmağı özümə borc bildim. İnanıram ki, diqqətinizdən kənarda qalmayacaq.

Rəhbəri olduğunuz Fondun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Nizamnamə»sinin «Fondun funksiyaları» fəslininin 3.1.1-ci bəndində yazılır ki, Fond «KİV-lərdə… Konsepsiyaya uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir; eləcə də (3.1.2.-ci maddə) …beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür», həmçinin (3.1.5.-ci maddə) Konsepsiyaya müvafiq olaraq KİV-lərə …müsabiqəli və müsabiqəsiz maliyyə və digər formalarda dövlət dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir».

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Konsepsiya»da isə qeyd olunur ki, «Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar… dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-in inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir… KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi isə …informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində KİV-in potensialından səmərəli istifadə etməkdən ibarətdir» və s.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə bu ilin sentyabrın 27-də Ordumuz Qarabağda 30 ildir işğal altında qalmış ərazilərimizin azadlığı yolunda haqq savaşına qalxdı, 44 günlük döyüş zəfərlə başa çatdı.

Bilirsiniz ki, döyüş meydanında məğlub olan Ermənistanın siyasi rəhbərliyi həmişə olduğu kimi, həm müharibə dövründə, həm də indi bütün gücünü feyk və saxta məlumatlarla dünya ictimaiyyətini aldatmağa kökləyib. Azərbaycana gələrək cənab Prezident İ.Əliyevlə müsahibə alan jurnalistlərin qərəzliliklə bərabər, həm də Azərbaycanın əzəli torpağı-ərazisi olan Qarabağın tarixi, ermənilərin bu ərazilərə köçürülmə səbəbləri və tarixi barədə məlumatsızlığı üzə çıxırdı. Səbəb isə bu idi ki, Ermənistan uzun illərdir dünya ictimaiyyətini yalan məlumatlarla qidalandırıb, real tarixi faktları saxtalaşdıraraq Qarabağda əsrlər boyu yaşadıqlarına inandıra bilmişdir. Almaniyanın “ARD” TV müxbiri cənab Prezidentlə müsahibədə «Ermənilər Qarabağda əsrlər boyu yaşamırlar?» kimi suallarını verəndən sonra cənab Prezidentin ona tarixi faktlarla cavabından sonra o, etiraf edərək bildirirdi ki, bu məlumatları Ermənistan və Rusiya mənbələrinə əsaslanaraq verir.

Açıq deyirəm, təbii ki, bu məsələdə günah həm də uzun illər Azərbaycanın media və informasiya siysətini  idarə etmiş məsul şəxslərin daxili təbliğata daha çox yer verməsi, Azərbaycanın siyasi reklam təbliğatı ilə məşğul olmaması, eləcə də real faktların-məlumatların beynəlxalq ictimaiyyət üçün əlçatanlığına səy göstərməməsi səbəbindən olmuşdur. Axı niyə Azərbaycana təşrif gətirmiş jurnalistlər, yaxud hansısa  qonaqlar Qarabağ həqiqətlərini gəlib burda öyrənməlidirlər və onlara bu həqiqətləri isə cənab Prezident anlatmalıdır???
Qeyd edim ki, müharibə dövründə hər gün dünya mətbuatını izləyirdim. Azərbaycan barədə dürüst məlumatları dəstəkləyən və yayımlayan TRTAJANS rəhbərliyi ilə əlaqə yaratdım. Sağ olsun, Agentliyin rəhbəri, Beynəlxalq dərəcəli sertifkatı olan Salih Kurt Azərbaycanın haqlı davasında bizə dəstək verməyə hazır olduğunu bildirdi. Mən hər gün 3-4 qələbə xəbərlərimizi ona göndərirdim, o isə xarici dillərə tərcümə ilə yayımlayırdı. Dəfələrlə ermənilər ondan şikayət verərək Şuşanın tarixi və mədəniyyəti barədə tarixi faktlara istinadlı məqaləmə görə (ingilis və rus dilində) Fransada, Belçikada ona ciddi problemlər yaratdılar, portalın domenini bloklatdılar, sonra bu problem məhkəmə qaydasında çətinliklə də olsa aradan qaldırıldı.
Bundan sonra Salih Kurt informasiya şəbəkəsi formalaşdıran layihə üzərində işlədiyini söylədi, məndən təklif gözlədi. Qısaca deyim, layihənin məqsədi Türkiyə və Azərbaycanın ortaq informasiya şəbəkəsini yaratmaqla, eyni vaxtda bir məlumatı xarici dillərdə olan fərqli portallarda yayımlamaqla, Ermənistanın yalan və feyk, saxta xəbərlərini beynəlxalq informasiya şəbəkəsində  sıxışdırmaqdır!
Qısa vaxtda birgə fəaliyyətimiz sayəsində biz Trtajans-ın xətti ilə trtajans.az, trtajans.ru, trtajans.eu portallarını yaratdıq (saytların hər birinə daxil olanda Azərbaycan və Türkiyə ilə bağlı dövləti maraqlarımızı əhatə edən xəbərlərin paylaşıldığını görmək olar). Bütün texniki problemlər və xərclər Salih Kurt tərəfindən qarşılanmışdır.

Onu da qeyd edim ki, trtajans.az portalının İdarə Heyətinin qərarı ilə mən İH-nin sədr müavini seçilmişəm (saytın baş səhifəsində məlumat yerləşdirilib).

Hazırda bu portalların sırasına trtajans-ın alman və fransız, erməni dillərində olan müstəqil saytları da əlavə olunma ərəfəsindədir.

Layihənin bir vacib istiqaməti də ondan ibarətdir ki, gələcəkdə dünyanın Ermənistanpərəst dövlətlərinin parlamentlərinə, müxtəlif dövlət və ictimai qurumlarına Azərbaycan və Türkiyənin dövləti maraqlarını əhatə edən məlumatlar göndərilməklə, onlara Ermənistanın saxta xəbərlərinə inanmamağa çağırış ifadə edilməsidir. Buna rəğmən, bu ilin noyabrın ilk günlərində Avstraliya Parlamenti qondarma «DQR»ı tanıma barədə qərar layihəsini qəbul etdi. Mən dərhal Avstraliya Parlamentinə rəsmi sorğu göndərdim ki, bu qərar hansı fakt və hüquqi əsaslara söykənir? Bir neçə gündən sonra rəsmi cavab gəldi, qərara geniş izah verilmişdir. Məlum olurdu ki, Parlamentin işçi qrupu Ermənistanın təqdim etdiyi saxta məlumatlara əsaslanıb, birtərəfli qərar qəbul edib.

Beləliklə, Qarabağ cəbhəsində böyük bir məğlubiyyətə uğrayan Ermənistanın siyasi rəhbərliyi və parlamenti indi bütün gücünü qondarma «DQR»ın tanınmasına səfərbər etməklə, xarici KİV-lərdə saxta-feyk məlumatlar yaymaqdadır ki, guya ermənilər Qarabağın əsrlər boyu yerli sakini olub və s.

Hörmətli Əhməd müəllim!

Mən Azərbaycanın və qardaş Türkiyənin dövləti və ictimai maraqlarına xidmət etməklə, Ermənistanın beynəlxalq ictimaiyyəti aldadan saxta məlumatlar istehsalının qarşısının alınmasına xidmət edəcək layihəmiz barədə qısa məlumat verdim. Bütün faktiki sübutları (trtajans-ın xətti ilə yayımlanan xarici dilli xəbərlərimizin, Avstraliya Parlamentinin rəsmi cavabının mətnini və s. təqdim etməyə hazıram) əlavə göndərə və geniş izah verə bilərəm.

Onu da qeyd edim ki, bu layihə barədə artıq Türkiyə və Azərbaycan XİN-də, Türkiyə Səfirliyində məlumatlıdırlar, dəstəklənmişdir. Eləcə də Azərbaycan Prezidentinin Administrasiyasından həm Salih Kurta, həm də mənə telefon zəngləri olunub, layihə yüksək qiymətləndirilib. Yəni, burada sırf Azərbaycana təmənnasız xidmət əsas meyardır!

Düşünürəm ki, Fondun Nizamnaməsində və Konsepsiyasında nəzərdə tutulduğu kimi, belə fərdi layihələrin maddi-texniki dəstəklənməsinə də diqqət yetirmək vacibdir. Çünki yuxarıda qeyd etdiyim kimi, bu gün qarşımızda duran ən vacib vəzifələrdən biri də döyüş meydanında düşməni məğlub etdiyimiz kimi, beynəlxalq informasiya mübarizəsində də düşmənə layiqli cavab verməklə, Ermənistanın saxta, yalan faktlara söykənən məlumatlarının qarşısını almaqdır.

İnanıram ki, Azərbaycanın media məkanında ilk olan bu layihəmiz tərəfinizdən dəstəklənəcəkdir. Əgər layihəmiz dəstəklənərsə, istiqamətləri, məqsəd və məramı və s. barədə işçi planımızı təqdim etməyə hazıram.

Hörmətlə,

Salih KURT - Asif Mərzili,

«Təzadlar» qəzetinin baş redaktoru

Bakı şəhəri, 16 dekabr 2020-ci il
Date
Source Own work
Author Kassakcommission

Licensing

edit
I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.

File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current14:36, 24 December 2021Thumbnail for version as of 14:36, 24 December 20211,197 × 749 (711 KB)Kassakcommission (talk | contribs)Uploaded own work with UploadWizard

There are no pages that use this file.

Metadata