Hər kəsə Salam !!! Welcome Everybody !!!

MY Favorit Gallery

Yusif 7788
Yusif 7788
        « Vətən »                                                                            

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

          ****

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə səni.

Südüdür ki, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

          **** 

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

          ****

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənini sevməyən insan olmaz,

Olsa da o şəxsdə vicdan olmaz!

                               Abbas Səhhət


    « Azərbaycan »

Azərbaycan, sənsən mənim,

Ülviyyətim, şan-şöhrətim.

Adın mənim öz adımdır,

Sənsiz mənim nə qiymətim?

      **** 

Nəfəsimiz Babəklərin,

Sabirlərin od nəfəsi.

Mahnımızda yaşar bizim,

Babaların ayaq səsi.

      ****

Biz tarixə sığınmadıq,

Dünən vardıq, bugün varıq.

Biz dostluğa güvənərək,

Gələcəyə addımladıq.

      ****

Azərbaycan, mənim eşqim,

Mənim andım, mənim anam.

Biz ikimiz bir torpağıq,

Mən də sənin bir parçanam.

                             Bəxtiyar Vahabzadə